İqtisadiyyat Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tələbə, magistr və doktorantlar arasında elmi məqalə müsabiqəsi elan edir.
BBN.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müsabiqəyə təqdim ediləcək materiallar aşağıdakı mövzulardan birini əhatə etməlidir:
- Yeni dövrün iqtisadi çağırışları. İqtisadi islahatlar;
- “Made in Azerbaijan” brendinin təbliği;
- Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı;
Müsabiqədə hazırda orta ixtisas, bakalavr, magistratura və doktorantura təhsil pilləsində oxuyan şəxslər iştirak edə bilərlər.
Təqdim ediləcək məqalələr 8 səhifədən az olmamalı (Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı), Azərbaycan, rus və ingilis dillərinin birində olmalıdır.
Məqalələr 2018-ci ilin 1 may tarixinədək müəllifin şəxsiyyət vəsiqəsinin və müvafiq təhsil müəssisəsində təhsil almasına dair sənədinin elektron surəti ilə birlikdə vusala.guliyeva@economy.gov.az ünvanına təqdim edilməlidir.
Qeyd edək ki, təqdim olunmuş məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən 10 may 2018-ci il tarixinədək qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq.