“Rabitəbank” ASC-nin İdarə Heyətinin (İH) sədr müavini Aydın Hüseynov işdən çıxıb.
Onun yerinə Elşən Bədirxanov təyin edilib.
O, bundan əvvəl Bankın İH-də müşavir vəzifəsində çalışıb.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48,5 mln. manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova (“Meqa Sığorta” ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.