Emal sektorunun hansı sahələri inkişafda və ya geriləmədədir?

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, emal sektorunda içkilərin istehsalı 32,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,6 dəfə, geyim istehsalı 3,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 65,2 faiz, kağız və karton istehsalı 17,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,4 dəfə, tikinti materiallarının istehsalı 2,4 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 35,2 faiz, hazır metal məmulatlarının istehsalı 27,3 faiz, kompüter və elektron məhsulların istehsalı 3,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 4,6 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 23,6 faiz, mebel istehsalı 81,5 faiz artmış, qida məhsullarının istehsalı 3,5 faiz, tütün məmulatlarının istehsalı 43,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24,7 faiz, poliqrafiya məhsullarının istehsalı 67,4 faiz, neft məhsullarının istehsalı 10,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,7 faiz, maşın və avadanlıqların istehsalı 55,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 55,4 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır