Əmanətlərin Sığortalanması Fondu ilk elektron xidmətini təqdim edib

Əmanətlərin Sığortalanması Fondu “Elektron Hökumət” portalında ilk xidmətini təqdim edib.

“Əmanətçilərin şəxsiyyətini təsdiq edən sənəd məlumatlarının dəqiqləşdirilməsinə dair elektron müraciət” elektron xidməti vasitəsilə ləğv prosesində olan bankların əmanətçilərinin şəxsiyyətini təsdiq edən məlumatlarınının dəqiqləşdirilməsi mümkündür.

Bunun üçün ilk növbədə “Elektron hökumət” portalının təqdim etdiyi 4 autentifikasiya vasitələrinin birindən istifadə etməklə  qeydiyyatdan keçmək vacibdir. Bu zaman ilk olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi üzrə məlumatları ekranda görünür. Təqdim olunan anket üzrə şəxsiyyəti təsdiq edə biləcək digər məlumatları isə vətəndaş özü əlavə edə bilər. Bu sıraya istifadəçinin əlaqə nömrəsi, e-mail və daxil etdəcəyi şəxsiyyəti təsdiqləyən digər təsdiqedici sənəd ola bilər. İstifadəçi doldurulmuş formadakı məlumatların doğruluğunu təsdiq edib “göndər” düyməsini sıxmaqla müraciətini göndərmiş olur.

 

Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır