Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın yaxın günlərdə təqdimatı keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “e-sosial” internet portalının yaradılması işləri artıq yekunlaşıb.
Portal Azərbaycanda ilk dəfə sosial reyestrin formalaşdırılmasına imkan verir. Bu reyestr vətəndaşların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə (və ya nazirliyin aidiyyəti qurumlarına) müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları əhatə edir.
İstifadəçilər portalda qeydiyyatdan keçdikdən sonra nazirliyin informasiya ehtiyatlarında və sistemlərində onlarla bağlı mövcud məlumatları (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) öz şəxsi kabinetində görəcəklər.
Onlar bu portal vasitəsilə nazirliyin aidiyyati qurumlarına müraciət və sorğular göndərə, əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta üzrə e-xidmətlərdən real vaxt rejimində faydalana biləcəklər.
Yeni “e-sosial” portalıgeniş funksional imkanları özündə cəmləşdirməklə, eyni zamanda, dövlət sosial xidmətlərinin vahid platforma üzərindən, sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim olunmasına şərait yaradacaq.
Portal hazırda qısamüddətli sınaq mərhələsindədir.
Portal hazırda qısamüddətli sınaq mərhələsindədir.