Bu gün Yunanıstanda tarixi an yaşanacaq. Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Adriatik qaz boru kəmərinin (TAP) təməlqoyma mərasimi keçiriləcək.
Yunanıstanda TAP qaz boru kəmərinin inşasına başlanılır. Azərbaycanın energetika naziri Natiq Əliyev və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev TAP-ın Yunanıstanın Saloniki şəhərində keçiriləcək təməlqoyma mərasimində iştirak edəcək.