Energetika Nazirliyində ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib. Görüşdə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclası ərəfəsində dünya enerji bazarında son vəziyyət müzakirə edilib. Neftin qiymətinə iqtisadi və siyasi faktorların təsiri, İran, İraq, Liviya, Səudiyyə Ərəbistanı, Rusiya və Qazaxıstan kimi ölkələrin neft hasilatı ilə bağlı mümkün addımları ətrafında fikir mübadiləsi aparılıb.Neft hasilatının azaldılması üzrə sazişin müddətinin gələn ilin mart ayının sonuna kimi uzadılması barədə Rusiya və Səudiyyə Ərəbistanı anlaşmasından da bəhs edilib və sazişin ilin sonuna kimi uzadılması daha qərara alınıb.

Natiq Əliyev növbəti onillikdə qaz bazarında müşahidə ediləcək tendensiyalar barədə qeyd edib ki, hazırda Azərbaycanın qarşısında duran əsas məqsəd “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işləri vaxtında başa çatdırmaqdır. Toplantıda Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır