Enerji səmərəliliyinə dair təlim həftəsi keçirilir

16-20 oktyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Beynəlxalq Enerji Agentliyinin (BEA) EU4 Enerji Layihəsi üzrə “Enerji səmərəliliyinə dair təlim həftəsi” keçirilir.

Təlim həftəsi enerji statistikası sahəsində çalışan işçilərin potensialının artırılması, enerji səmərəliliyi təşəbbüslərinin inkişaf etdirmələri üçün bilik və bacarıqlarının aşılanması məqsədini daşıyır. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Sənaye və tikinti,  Energetika və ətraf mühit, Xidmət statistikası şöbələrinin nümayəndələri də iştirak edirlər.

Tədbirdə Beynəlxalq Enerji Agentliyinin təcrübə və metodologiyaları şərh olunacaq, Beynəlxalq Enerji Agentliyi, Avrostat və BMT-nin Avropa İqtisadi Komissiyasının bu sahədə tətbiq edilən sorğuları üzrə praktiki məşğələlər də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır