Enerji sektorunda tənzimləyici orqanın fəaliyyəti müzakirə edilib

Energetika Nazirliyində enerji məsələləri üzrə tənzimləyici orqanın yaradılması mərhələsinin ardıcıllığına dair beynəlxalq təcrübənin mübadiləsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Energetika nazirinin müavini Samir Vəliyev müstəqil tənzimləyici orqanın yaradılmasını enerji sektorunun liberallaşdırılması və investorların cəlb edilməsi, eləcə də müvafiq sahədə keyfiyyətli xidmətin təmin olunması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirib.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan ofisinin rəhbəri İvana Duarte isə Bank və Energetika Nazirliyi arasında imzalanmış Niyyət Protokolunu xatırladaraq, müstəqil tənzimləyici orqanın fəaliyyətinin təmin edilməsi məqsədilə  lazımi dəstəyin veriləcəyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır