Estoniya mərkəzli nəqliyyat şəbəkəsi şirkəti “Taxify” rebrendinq edib. Belə ki, şirkət öz brendinin adından “taxi” sözünü silərək yeni ad olaraq “Bolt” seçib.
Şirkətin təsisçisi və baş icraçı direktoru Markus Villig açıqlamasında bildirib: “Şirkət artıq avtomobillə yanaşı, motosiklet və skuter ilə də xidmət göstərəcək. Eyni zamanda, “bolt” sözü ingilis dilindən tərcümədə ildırım deməkdir. Bu isə, şirkətin çatdırılma xidmətinin sürətini müştərilərin gözü önünə sərəcək.”
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, 30 ölkədə 25 milyondan çox istifadəçiyə xidmət göstərən eston şirkəti ötən il alman nəhəngi “Daimler”-dən sərmayə cəlb edib.