Bitcoin və Ripple ardından dünyanın III rəqəmsal pul vahidi Ethereum yeni ilə sürətlə girə bilib.
Yeni ilin başlaması ilə sürətlə qiyməti artan Ethereum 953 dollar ilə bütün zamanların rekordunu qırıb.
Qeyd edək ki, Ethereum ilə birlikdə Bitcoin və Ripple da sürətlə yüksəlir. Hazırda Bitcoin 14 843 dollardan, Ripple isə 3.08 dollardan satılır.