Etik davranış qaydalarına nəzarət üzrə elektron portal yaradılıb

İqtisadiyyat Nazirliyində “Etik davranış qaydalarına riayət edilməsinə nəzarət sistemi” (etikmb/) elektron portalı yaradılıb.

Qeyd edək ki, portalın yaradılmasında məqsəd əməkdaşların əmək, iqtisadi və sosial hüquqlarının qorunması, bu sahədə risklərin idarə edilməsi işlərinin tənzimlənməsi, əmək və icra intizamına əməl olunması vəziyyətinə nəzarətin müasir texnologiyaların tətbiqi ilə təkmilləşdirilməsidir.
Elektron portal Nazirlik əməkdaşlarının əmək və icra intizamına əməl etmələrinə nəzarəti asanlaşdırmaqla, intizam pozuntularının elektron məlumat bazasının yaradılmasına, mütəmadi təhlilinə və belə halların gələcəkdə təkrarlanmaması üçün preventiv tədbirlərin həyata keçirilməsinə imkan yaradacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır