Evin sənədi üçün rüsumları artıq özümüz hesablayacağıq

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatında növbəti yenilik olan «Əmlakın qeydiyyatı Kalkulyatoru»nu vətəndaşların istifadəsinə verib.

Bu yeniliyin məqsədi qeydiyyat xidmətlərində şəffaflığın və maarifləndirmənin daha da artırılması və rahatlığın maksimum təmin edilməsidir. “Əmlakın qeydiyyatı kalkulyatoru” sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır