Expressbank müştərilərə hər səhər 100 AZN pul qazanmaq imkanı təqdim edir. Belə ki, pul mükafatı müştərilərə Expresso kartı ilə verilir. Expresso kart – debet, güzəşt müddətli kredit, depozit, “cashback”, təmassız kart, sərbəst dizayn seçimi funksiyalarını özündə cəmləşdirən unikal bank kartıdır.
Expressbank-ın baş sponsorluğu ilə 105.5 FM dalğası “Manpası” səhər şousunda keçirilən müsabiqədə qalib gələn hər kəs Expressbank-dan Expresso kartında 100 AZN pul mükafatı qazanacaq. Yarışma həftənin 5 iş günü səhər saat 08:00-dan 10:00-dək radio efirdə keçirilir.