Expressbank 30 min AZN-dək nağd pul kreditləri təklif edir

Expressbank milli valyutada 30 000 AZN – dək nağd pul kreditləri təklif edir. Kreditə girov qismində dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış sahəsi çıxış edə bilər.

İllik faiz dərəcəsi 22% – dən başlayan əmlak girovlu kreditlər müştərilərə 36 ayadək müddətə təklif olunur. Məhsulun xüsusi üstünlüyü ondan ibarətdir ki, 15 000 AZN – dək kreditlərdə gəlirləri təsdiq edən rəsmi sənəd də tələb olunmur. Müştərilər bu vəsaiti ev təmiri, avtomobil alınması və digər iri ehtiyaclarının ödənilməsinə sərf edə bilərlər.

Xatırladaq ki, Expressbank müxtəlif istiqamətlərdə kredit məhsulları təklif edir. Belə ki, əmlak girovlu kreditlərindən əlavə özəl və dövlət sektorunda çalışan işçilər üçün nağd pul istehlak kreditləri, mikro kreditlər, Smilecard taksit kartı, Expresso kredit kartı və s. məhsullar mövcuddur.

Müştərilərinin məmnuniyyətini daim gündəmdə saxlayan Expressbank həmçinin kreditərin rahat ödəmə vasitələrini də təqdim edir. ExpressPay ödəniş terminalları, ExpressPay mobil əlavəsi və www.expressbank.az saytında Şəxsi kabinet vasitəsi ilə müştərilər 24 saat ərzində kreditlərini ödəyə və ya hesablarında digər əməliyyatlar həyata keçirə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır