“Expressbank” 50 000 manatdan artıq “cashback” qaytarıb

Expressbank-ın təqdim etdiyi məhsul və xidmətlər sırasında xüsusi yer alan ExpressClub müştərilər üçün düşünülmüş və onlara alış-veriş zamanı real pul qazandıran unikal xidmətdir. Qısa müddət ərzində müştərilərin böyük rəğbət və sevgisini qazanan ExpressClub yarandığı gündən bu günədək müştərilərinə 50 000 AZN-dən artıq “cashback” qaytarıb.

“Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan ExpressClub layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (“cashback”). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.

ExpressClub layihəsinin xüsusi üstünlüyü – onun nəinki ExpressClub tərəfdaşlar şəbəkəsinə daxil olan satış nöqtələrində 20%-dək “cashback” qaytarması, hətta bu şəbəkəyə daxil olmayan, POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində xərclənən vəsaitin 0,3% hissəsinin müştərilərin kartına geri qayıtmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır