“Expressbank” ekvayrinq xidmətini təklif edir

Expressbank ticarət/xidmət müəssisəsini dünya standartlarına uyğunlaşdırmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar üçün ekvayrinq xidmətini təklif edir. POS-terminalların quraşdırılmasını təmin edən bu xidmət vasitəsi ilə sahibkarlar öz obyektlərini dünya standartlarına daha bir addım yaxınlaşdıracaq, müştəriləri üçün daha əlverişli ödəniş imkanları təqdim etmiş olacaqlar. Belə ki, nağdsız ödənişlərə üstünlük verən müştərilər Expressbank-ın ekvayrinq xidməti sayəsində dünyanın istənilən ölkəsinin beynəlxalq plastik kartları vasitəsi ilə bütün alış-veriş və xidmət müəssisələrində POS-terminallardan istifadə edə bilər.

Ekvayrinq xidmətinin qoşulması üçün Expressbank-ın istənilən filialına yaxınlaşmaqla müvafiq müqaviləni imzalamaq kifayətdir. Müəssisədə lazımlı avadanlıq (POS – terminallar) quraşdırıldıqdan sonra Expressbank əməkdaşları müştərinin işçi kollektivi üçün təlim keçirir və reklam materialları ilə təmin edir.

Reklam materialların verilməsi, əməkdaşlara pulsuz təlimlərin keçirilməsi, xidmətə görə optimal komissiya, qısa müddət ərzində pul vəsaitlərinin bank hesabına mədaxil edilməsi, əməliyyatlar zamanı çətinliklər yaranarsa operativ konsultasiyaların verilməsi və bu kimi üstünlüklər Expressbank-ın ekvayrinq xidmətini hər kəs üçün cəlbedici edir.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır