Fərdi sahibkar və hüquqi şəxslərin bank qayğılarına xüsusi həssaslıqla yanaşan Expressbank onlara yüksək keyfiyyətli və sərfəli şərtlər əsasında bank xidmətləri təqdim edir. Belə ki, bankın yeni tarifləri əsasında hüquqi şəxslər və fərdi sahibkarlar üçün 10-dan artıq bank xidməti üzrə misli görünməmiş təkliflər və qənaət imkanları təqdim edir. Əmək haqqı layihələri, biznes kartların verilməsi, POS terminalların quraşdırılması, valyutaların dəyişdirilməsi, ölkədaxili köçürmələr pulsuz həyata keçiriləcək.
Bütün bunlardan əlavə, 1 ay müddətində hesabdan nağd pulun çıxarılması, hesabın açılması, hesabdan çıxarış, POS-terminal üzrə hesabdan məxaric, əmək haqqı fondundan köçürmə kimi xidmətlər üzrə 0% bank komissiyası müştərilərə maddi resurslarından daha səmərəli istifadə etməyə imkan verəcək.