“Expressbank” şəxsi mənzil arzusunda olan hər kəs üçün Azərbaycan İpoteka Fondunun dəstəyi ilə ayrılmış ipoteka kreditlərinin verilməsi şərtlərini daha da asanlaşdırıb. Artıq yeni mənzilin alınması üçün kredit məbləği daha çox – 150000 AZN-dək artırılib , illik faiz dərəcəsi isə daha az – 7%-ə endirilib
Belə əlverişli şərtlə ipoteka krediti aksiya çərçivəsində yalnız dekabrın 30-dək ayrıla bilər.
Xatırladaq ki, ipoteka kreditləri milli valyutada, daşınmaz əmlak girov qoyulmaqla, 3 ildən 25 ilədək müddətə, ilkin ödəniş 20-25% olmaqla verilir. Daşınmaz əmlakın dəyəri müstəqil qiymətləndirmə şirkətləri tərəfindən müəyyən olunur.