Expressbank ipoteka kreditlərinin verilməsini davam etdirir

Expressbank şəxsi mənzil arzusunda olan hər kəs üçün Azərbaycan İpoteka fondunun dəstəyi ilə ayrılmış ipoteka kreditlərinin verilməsini davam etdirir.

Belə ki, İpoteka kreditləri milli valyutada, daşınmaz əmlak girov qoyulmaqla 3 ildən 25 ilədək müddətə, illik 8% olmaqla verilir. Daşınmaz əmlakın dəyəri müstəqil qiymətləndirmə şirkətləri tərəfindən müəyyən olunur. İpotekanın məbləği üzrə maksimal məbləğ 100 000 AZN təşkil edir.

Qeyd edək ki, ipoteka kreditinin məbləği, kredit verilən zaman alınacaq yaşayış sahəsinin bazar qiymətinin 70%-dən artıq olmamalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır