Expressbank korporativ müştərilərə ödənişsiz məvacib kampaniyası elan edib

Expressbank yeni kampaniya elan edib. Kampaniya əmək haqqı layihəsi üzrə 1 illik VISAElectron kartların ödənişsiz əsasda hazırlanması və müştərilərə təqdim edilməsidir.

“Xidmət bizdən, qazanmaq sizdən” kampaniyası çərçivəsində təqdim olunan bu xidmət hüquqi şəxslər və fərdi sahibkarlar üçün rahat, təhlükəsiz və sərfəli ödəniş vasitəsi olan əmək haqqı kartlarını təklif edir.

Qeyd edək ki, hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan kampaniya 15.07.2017 tarixlərinədək keçərlidir. Kampaniyaya qoşulmaq üçün Bank-la müqavilə bağlamaq, müvafiq sənədlər zərfini və əməkdaşların siyahısını təqdim etmək lazımdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır