Müştərilərin maliyyə ehtiyacları və aylıq xərclərini düşünən “Expressbank” Asan kredit məhsulu üzrə maksimal məbləği 15.000 AZN-dək artırıb. Məbləğin artırılması ilə yanaşı kredit üzrə illik faiz dərəcəsi 27%-dək endirilib.
Asan pul krediti götürərkən 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə büdcələrini daha çevik idarə etməyə, aylıq kredit ödənişinin məbləğini minimuma endirməyə imkan verir.
Müştərilərinin məmnuniyyətini daim gündəmdə saxlayan Expressbank kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Expresspay ödəniş terminalları, Expresspay mobil əlavəsi və www.expressbank.az saytında Şəxsi kabinet vasitəsilə müştərilər 24 saat ərzində kreditlərini ödəyə və ya hesablarında digər əməliyyatlar həyata keçirə bilərlər.