“Expressbank” qarşıdan gələn 8 noyabr “Bakı metropoliteni işçiləri peşə bayramı” günü münasibəti ilə Bakı metropoliteni sahəsində çalışan əməkdaşlarını təbrik edir və onlara komissiyasız, illik faiz dərəcəsinə 2% endirim ilə kredit məhsulları təklif edir. 3-13 noyabr tarixlərində bütün Bakı metropolitenin əməkdaşları istənilən Expressbank filialına yaxınlaşmaqla xüsusi endirimlərlə komissiyasız nağd pul krediti götürə bilərlər. Ən əsası isə – manatla və heç bir girov tələb olunmadan!
Kampaniya çərçivəsində müştərilər 10.000 AZN-dək pul kreditindən yararlana bilərlər. Bu zaman 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə büdcələrini daha çevik idarə etməyə, aylıq kredit ödənişin məbləğini minimuma endirməyə imkan verir.
Qeyd edək ki, müştərilərin vaxtına qənaət məqsədi ilə “Expressbank həmçinin kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Expresspay ödəniş terminalları, Expresspay mobil əlavəsi və www.expressbank.az saytında Şəxsi kabinet vasitəsi ilə müştərilər 24 saat ərzində kreditlərini ödəyə və ya hesablarında digər əməliyyatlar həyata keçirə bilərlər.