Expressbank müştərilərinə 40 min manatdan artıq cash back qaytarıb

Expressbank- ın təqdim etdiyi məhsul və xidmətlər sırasında xüsusi yer alan ExpressClub yarandığı gündən bu günədək müştərilərinə 40.000 AZN-dən artıq vəsait qazandırıb.

“Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan ExpressClub layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (cash-back). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.

ExpressClub layihəsinin xüsusi üstünlüyü -şəbəkəyə daxil olmayan, POS-terminalla da ödəniş mümkün olan istənilən satış nöqtəsində xərclənən vəsaitin 0,3% hissəsinin müştərilərin kartına geri qayıtmasıdır.

Bu fürsətlərdən yararlanmaq üçün sadəcə Expressbank-ın istənilən kart sahibi olmaq kifayətdir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır