Expressbank-ın təqdim etdiyi Smilecard vasitəsi ilə müştərilər bütün satış nöqtələrində xərclədikləri məbləği aylara bölərək hissə-hissə ödəmək imkanı əldə edir. Üstəlik, “gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” şüarı altında təqdim olunan “Smilecard” taksit kartı müştərilərinə həm də “cashback” qazandırır.
Dünyanın istənilən yerində “Smilecard” ilə edilən əməliyyat zamanı (onlayn alış-veriş, POS ödənişlər və s.) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür və ödəniş qrafiki formalaşır. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12%, kredit üzrə illik faiz dərəcəsi isə 0% təşkil edir.
“Smilecard”-a sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında Expressbank-ın istənilən filialına yaxınlaşmaqla 2000 AZN-dək arta bilən taksit balansına malik kart əldə edə bilərlər. Kart müştərilərə pulsuz verilir və 3 il müddətində istifadə oluna bilər. Smilecard-ın digər üstünlüklərindən biri də – ödənilən məbləğin kartda yenidən bərpa olunması və təkrar istifadə etmə imkanıdır.