“Expressbank” müxtəlif növ təcili pul köçürmə sistemlərini təklif edir

Expressbank geniş əhatə dairəsinə malik olan müxtəlif növ təcili pul köçürmə sistemlərini təklif edir. Bank hesabı açmadan geniş çeşidli təcili pul köçürmə sistemləri vasitəsi ilə rahat şəkildə yaxınlarına pul göndərmək və qəbul etmək istəyən müştərilər bu fürsətdən istifadə edə bilər.

Expressbank-ın filiallarında Contact, Zolotaya Korona, Lider, İBA-EXPRESS, Xəzri və Monex təcili pul köçürmələri sistemləri ilə ölkə daxili və beynəlxalq köçürmələr həyata keçirilir. Göndərilən pul dünya miqyaslı təhlükəsizlik sistemləri tərəfindən mühafizə olunur və pul vəsaitinin ən qısa zamanda göndərilən adama çatacağına zəmanət verilir.

Sərfəli tariflər, yüksək xidmət və əməliyyatların operativliyindən əlavə Expressbank-ın müştəriləri həm pul göndərərkən, həm pul alarkən Pul Kart hədiyyə kartını da qazanır. Pul Kart müştərilərə ödənişsiz şəkildə təqdim olunur və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul karta yerləşdirə bilirlər.

Qeyd edək ki, SMS məlumatlandırma xidməti  tam pulsuzdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır