“Expressbank” “Qızıl gətir, pul apar” kampaniyası elan edir

“Expressbank” müştəriləri heç bir arayış olmadan tək şəxsiyyət vəsiqəsi ilə qızıl və zinət əşyalarını girova qoymaqla pul krediti götürə bilərlər.

Girova götürülən zaman qızıl və zinət əşyaları yüksək dəyərləndirilir və bank zəmanəti ilə tam etibarlı şəkildə qorunub saxlanılaraq, kredit ödənildikdən sonra öz sahibinə qaytarılır. Qızıl girovlu kredit gəlirlərini təsdiq edə bilməyən müştərilər üçün əla fürsətdir.

10000 AZN-dək verilən kreditlər üzrə 6 ay güzəşt dövrü olmaqla, 30 ayadək ümumi ödəniş müddəti müştərilərə büdcələrini daha səmərəli istifadə etmək, aylıq ödənişlərinin həcmini kiçiltməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır