“Expressbank” ın rəhbərliyində dəyişiklik olacaq

İyunun 26-da “Expressbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Ümumi  yığıncaqda Müşahidə Şurasına yeni təyinat müzakirə olunacaq.

Qeyd edəki ki, cari ilin mart ayında uzun illər bankın Müşahidə Şurasının sədri kimi çalışan Fəxrəddin Bağırov təqaüd yaşının çatması ilə əlaqədar tutduğu vəzifədən ayrılıb. Onu Emin Məmmədov əvəzləyib. Bu təyinatadək E.Məmmədov İdarə Heyətinin sədri olub.
İdarə Heyətinin sədri vəzifəsi isə İlham Həbibullayevə həvalə olunub. Əvvəllə isə İ.Həbibullayev İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.

Mənbə: Apa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır