“Expressbank” qarşıdan gələn 6 noyabr Azərbaycan televiziyası və radiosu işçilərinin peşə bayramı münasibəti ilə bu sahədə çalışan hər kəsə komissiyasız, illik faiz dərəcəsinə 2% endirim ilə kredit məhsulları təklif edir. 1-10 noyabr tarixlərində bütün televiziya və radio sahəsinin əməkdaşları istənilən Expressbank filialına yaxınlaşmaqla xüsusi endirimlərlə komissiyasız nağd pul krediti götürə bilərlər.
Kredit manatla və heç bir girov tələb olunmadan verilir.
Kampaniya çərçivəsində müştərilər 10.000 AZN-dək pul kreditindən yararlana bilərlər. Bu zaman 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə büdcələrini daha çevik idarə etməyə, aylıq kredit ödənişin məbləğini minimuma endirməyə imkan verir.