Gənclik mall-da fəaliyyət göstərən Bravo supermarketdə və Əhmədli qəsəbəsində fəaliyyət göstərən Bravo hipermarketdə Expressbank-ın plastik kartları ilə ödəniş etmək iki qat sərfəli olacaq. Belə ki, 22 may – 22 iyun tarixlərində Expressbank-ın istənilən Mastercard və ya Maestro kartları ilə minimum 40 AZN həcmində ödəniş edən bütün müştərilər ödəniş qəbzini Bravo supermarketin Müştəri Xidmətləri masasına təqdim etməklə müxtəlif hədiyyələrə sahib olacaqlar.
Expressbank-ın plastik kart sahibləri ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallar vasitəsi ilə xərclədikləri vəsaitin bir hissəsini kartlarına geri ala biləcəklər.
Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartlarını 5 AZN, Maestro kartlarını 6 AZN, MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə MasterCard Palatinum kartlarını pulsuz sifariş etmək mümkündür. Müştərilər həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərini gəlirə çevirə bilərlər.