“Expressbank” Türkiyənin UPT (Universal Payment Transfer) təcili pul köçürmələri sistemi ilə əməkdaşlığa başlayır.
Türkiyənin ilk və yeganə ödəniş sistemi olan UPT dünyanın 200-dən artıq ölkəsində 400 mindən çox ödəmə məntəqəsi ilə təmsil olunur. Əməliyyatlar USD, EUR, TRY valyutaları ilə aparılır. UPT ilə həmçinin Türkiyə üzrə fiziki şəxslərin kart hesablarına və İBAN hesablarına, Avropa birliyi ölkələri üzrə fiziki şəxslərin İBAN hesabına köçürmələr etmək mümkündür.