“Expressbank” Yanğından Mühafizə Xidmətinin əməkdaşlarına xüsusi təklif edib

“Expressbank” qarşıdan gələn 10 oktyabr “Yanğınsöndürənlərin peşə bayramı” günü münasibəti ilə Yanğından Mühafizə Xidmətinin əməkdaşlarına komissiyasız, illik faiz dərəcəsinə 2% endirim ilə kredit məhsulları təklif edir.

5 – 13 oktyabr tarixlərində bütün Yanğından Mühafizə Xidmətinin əməkdaşları istənilən “Expressbank” filialına yaxınlaşmaqla xüsusi endirimlərlə komissiyasız nağd pul krediti götürə bilərlər. Kredit manatladır və heç bir girov tələb olunmur.

Kampaniya çərçivəsində müştərilər 10.000 AZN-dək pul kreditindən yararlana bilərlər. Bu zaman 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə büdcələrini daha çevik idarə etməyə, aylıq kredit ödənişin məbləğini minimuma endirməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır