Expressbank-ın müştəriləri Visa ödəniş kartlarının sərfəli üstünlüklərindən və təkliflərindən istifadə edərək səyahətdən maksimum zövq ala bilirlər. Belə ki, Expressbank-ın növbəti təklifi Visa kart sahibləri üçün səyahət şansını və ya gələcək səfərlər üçün çamadan qazanmaq imkanıdır. Bunun üçün sadəcə bankın Visa ödəniş kartları ilə xaricdə istənilən ticari-xidmət müəssisəsində məhsullar və ya xidmətlər üzrə istənilən məbləğdə nağdsız əməliyyat aparmaq və tranzaksiyanı www.visa.com.az saytında onlayn qeydiyyatdan keçirtmək yetərlidir.
“Mən dünyanı belə görürəm. Bəs sən?” şüarı altında stimullaşdırıcı lotereya 16 iyun 2017 il tarixinədək Expressbank-ın istənilən Visa kartı ilə ölkə xaricində ödəniş edən müştərilər arasında keçirilir. Uduş fondu 6 900 AZN məbləğində 1 səyahət vauçeri və 3 ədəd Samsonite Dynamo çamadanı təşkil edir.
Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron kartlarını 6 AZN, Visa Classic kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə Visa Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxil ilə isə Visa Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.