“Expressbank”dan pul göndərərkən qazanmaq imkanı

Expressbank geniş əhatə dairəsinə malik olan “Contact” təcili pul köçürmə sistemini təklif edir. Bu köçürmə sistemi müştərilərə  410.000-dən artıq xidmət nöqtəsində sərfəli tariflər əsasında qısa zamanda xaricə pul göndərib, pul almaq imkanı verir.

“Contact” sistemi müasir tələblərə uyğun proqram təminatı platformasına malikdir. Nağd köçürmələrlə bərabər bu sistem vasitəsi ilə fiziki şəxslərin Rusiya, ABŞ, Kanada, İsrail, Vyetnam, Türkiyə, BƏƏ, CAR, Hindistan, Tayland, Sinqapur, Yeni Zelandiya və Avropa ölkələrinin banklarında açılmış bank hesablarına da köçürmə etmək mümkündür. Sistem həmçinin MasterCard, VİSA, UnionPay beynəlxalq ödəniş sistemlərinin kart hesablarına pul köçürmələri həyata keçirir. “Contact” sistemi üzrə köçürmə komissiyası ölkədən və məbləğdən asılı olaraq 1-3% təşkil edir. Köçürmə 3 valyutada – Rubl, ABŞ dolları və Avro ilə aparıla bilər.

Ümumiyyətlə, Expressbank-la təcili pul köçürmələri xidmətləri çox sərfəlidir. Belə ki, sərfəli tariflər, yüksək xidmət və əməliyyatların operativliyindən əlavə Expressbank-ın müştəriləri pul göndərərkən və ya pul alarkən Pul Kart vasitəsi ilə qazanırlar. Pul Kart müştərilərə pulsuz hədiyyə edilir və  hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul karta yerləşdirə bilirlər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır