İpoteka ilə ev almaq istəyən müştərilər Expressbank-ın xidmətlərindən faydalana bilərlər. Belə ki, Expressbank-da Azərbaycan İpoteka fondunun dəstəyi ilə ayrılmış 100.000 AZN-dək ipoteka kreditlərinin verilməsini davam edir.
Maksimal müddət 25 il olmaqla, illik 8% təşkil edən standart ipoteka şərtlərindən əlavə müştərilər həmçinin güzəştli ipoteka şərtləri üzrə də banka müraciət edə bilərlər. Belə ki, şəhid ailələri, milli qəhrəmanlar və onların ailə üzvləri, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər, idman sahəsindən xüsusi xidmətləri olan vətəndaşlar, dövlət qulluqçuları, müəllimlər və digər imtiyazlı şəxslər müddət 30 ilədək olmaqla illik 4% şərtlər əsasında güzəştli ipoteka imkanından yararlana bilərlər.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.