Exspressbank Dövlət Yol Polisi cərimələri və icbari sığorta ödənişlərini daha rahat ödəmək üçün ExpressPay ödəniş terminalları vasitəsi ilə ödəmə etməyi təklif edib. Belə ki, ExpressPay həm sürücülər, həm də piyadalar üçün yol polisi cərimələri və icbari sığorta ödənişlərinin operativ ödəniş imkanını təmin edir.
Qeyd edək ki, 24 saat fəaliyyət göstərən, müxtəlif ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda 500-dən artıq sayda quraşdırılmış ExpressPay ödəniş terminalları ilə günün istənilən vaxtı cərimələri ödəmək mümkündür. Ödənişlər dərhal həyata keçir və müştəriyə qəbz təqdim olunur.