Fərdi sahibkar öz mənfəətinə dair vəsaiti digər şəxsin qeyri-sahibkarlıq hesabına köçürüb nağdlaşdırıldıqda bank məhdudlaşdırıcı tədbirlər görməlidirmi?

Vergi Məcəlləsinin 220.12-ci maddəsinə görə fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 % dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Fərdi sahibkar tərəfindən öz mənfəətinə dair vəsaiti digər şəxsi və ya üçüncü şəxsin qeyri-sahibkarlıq hesabına köçürüb nağdlaşdırıldıqda bank hər hansı məhdudlaşdırıcı tədbirləri görməlidirmi?

Maliyyə Bazarlarına Nəzarət Palatasının banklara cavabında bildirilir ki, əgər sahibkarlıq subyekti vergi və digər öhdəliklərini yerinə yetirdikdən sonra qalan vəsaiti (müvafiq vergi öhdəliyi yerinə yetiriləndən sonra dividend ödənişi və ya mənfəətin bölüşdürülməsi, və ya sadələşdiriımiş vergi ödəyiciləri üçün vergi öhdəliyi yerinə yetirildikdən sonra qalan vəsait) hesabdan məxaric (nağd və ya qeyri-nağd) edirsə, hər hansı məhdudlaşdırıcı tədbir görülməməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır