Azərbaycan Banklar Assosiasiyasına (ABA) Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən daxil olan cavab məktubuna əsasən, sahibkarlıq subyekti dövlət satınalma müqaviləsindən əldə olunan vəsait üzrə vergi və digər öhdəliklərini yerinə yetirdikdən sonra qalan vəsaiti (müvafiq vergi öhdəliyi yerinə yetiriləndən sonra dividend ödənişi və ya mənfəətin bölüşdürülməsi, və ya sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi öhdəliyi yerinə yetirildikdən sonra qalan vəsait) hesabdan məxaric (nağd və ya qeyri-nağd) etmək hüququna malikdir.