2017-ci ilin iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən fərdi sahibkarların sayı 771 minə yaxınlaşıb.
Fərdi sahibkarlar kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində üstünlük təşkil ediblər. Belə ki, sahibkarların 228489 nəfəri və ya 29.6 %-i bu sahələr ilə məşğul olublar.
Daha az fərdi sahibkar isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində olub. Bu fəaliyyət növündə 62 nəfər iştirak edib.