Cari ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində əlavə olaraq 154 913 nəfərə fərdi şəxsi hesab açılıb.
Bu da ötən ilin müvafiq dövrü (136 524 nəfər) ilə müqayisədə 18 389 nəfər və ya 13,47 % çoxdur. Beləliklə, 1 oktyabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 316 678 nəfər) ilə müqayisədə 211 792 nəfər və ya 6,39 % artaraq 3 milyon 528 min 470 nəfərə çatıb.