Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 2017-ci ildə də artmaqda davam edib.
Belə ki, cari ilin yanvar-iyun aylarında fərdi uçot sistemində əlavə olaraq 124770 nəfərə fərdi şəxsi hesab açılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 775 nəfər və ya 26% çoxdur. Beləliklə, 01 iyul 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 217 529 nəfər və ya 6,6% artaraq 3 496 678 nəfərə çatıb. Həmin şəxslərdən 59,5%-i kişilər, 40,5%-i qadınlar təşkil edib.