Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayında artım dinamikası davam edir. Cari ilin yanvar-oktyabr aylarında sistemdə əlavə olaraq 171 132 nəfər şəxsə fərdi şəxsi hesab açılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 374 nəfər və ya 9,17 % çoxdur.
Beləliklə, 1 noyabr 2017-ci il tarixə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 207 777 nəfər və ya 6,23 % artaraq 3 544 689 nəfərə çatıb.