“New York Times” xəbərinə görə, “Facebook” şirkəti “Apple”, “Amazon”, “Microsoft”a istifadəçilərin məlumatlarını satıb.
Bununla bağlı “Facebook”un verdiyi açıqlamada bildirib ki, məlumatlar istifadəçilərin razılığı olmadan müzakirə edilib, açıqlanmayacaq. Bundan əvvəl “Facebook” rəhbəri Mark Zuckerberg 10 aprel tarixində ABŞ Konqresində verdiyi açıqlamada səhv etdiklərini bildirib, üzr istəmişdi. Bu yayılan xəbərin ardından isə “Facebook”un məhsul rəhbəri köməkçisi Ime Archibong istifadəçilərin məlumatlarının 60-a yaxın texnologiya şirkətinə verildiyini etiraf edib. Yazdığı blog yazısında bildirib ki, məlumatlarını verdiyimiz insanlar üçün daha yaxşı facebook təcrübəsi təklif edilmək üçün alınıb məlumatlar. O, həmçinin bildirib ki, bundan əlavə heç nə etməyəcəkləri haqqında razılıq imzalayıblar.