Avropa İttifaqı “Facebook” 110 milyon avro dəyərində cərimələyib. Səbəb kimi şirkətin “WhatsApp” mesajlaşma xidmətini satın alan zaman yalan məlumat verməsi göstərilir.
Bununla bağlı Aİ-nin rəqabət üzrə komissarı da bəyanat verib: “Bugünkü qərar şirkətlərə onların doğru məlumat təmin etmək öhdəliyi də daxil olmaqla Aİ-nin birləşmə ilə bağlı bütün qaydalarına riayət etməli olduğuna aydın siqnaldır. Komissiya dəqiq faktları bilməklə birləşmənin nəticələri haqqında qərar qəbul etməlidir”.
Qeyd edək ki, 2014-cü ildə Aİ tənzimləyiciləri rəqabət üçün heç bir təhlükə görmədiyindən “Whatsapp”ın alınmasına icazə verib.