“Facebook” sosial şəbəkəsi öz ofislərinin mövcud olduğu ölkələrdə yerli satış strukturlarını yaratmaq qərarına gəliblər. Qurumun maliyyə direktoru Deyv Vener bildirib ki, şəbəkədə reklamlardan gələn bütün gəlirlərindən yerləşmə əsasında vergi ödəmək əvəzinə, vergiləri bu ofislər vasitəsilə ödəyəcək. Bununla da reklamlardan gələn gəlirlər dünyanın 25 ölkəsində vergiyə cəlb olunacaq.
BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, “Facebook” bu qərara digər texnologiya nəhəngləri ilə birlikdə vergi planlaşdırılması vasitəsilə vergidən yayınmaqda ittiham olunandan sonra gəlinib.
“Biz hesab edirik ki, yerli satış strukturu bütün dünyada hökumətlər və siyası dairələr üçün onların ölkəsindəki satışlarla bağlı şəffaflığı tam təmin edəcək”, -Vener deyib.
Onun fikrincə, bu qərarın həyata keçirilməsi əhəmiyyətli həcmdə resurslar tələb edir. Buna baxmayaraq, şirkət vergi məsələlərində gələcəkdə problemlə üzləşməmək üçün təminat yaratmaq məqsədilə yeni billinq sisteminin tətbiqini mümkün qədər tezləşdirməyə can atır. Yeniliklərə 2018-ci ildə başlanılması və 2019-cu ilin birinci yarısında bu prosesin tam başa çatdırılması gözlənilir.