Facebook mənfəətini 79% artırıb

Sosial media platforması Facebook mobil reklam gəlirlərindəki güclü böyümə səbəbilə III rübdə mənfəətini 79% artırdığını elan edib.

Belə ki, platforma 4.71 milyard dollar mənfəət əldə edib. Keçən il eyni dönəmində isə mənfəət 2.63 milyard dollar olub.

III rübdə reklam gəlirləri 49% artaraq, 10.14 trilyon dollara qədər yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır