Dünyanın ən böyük sosial media şirkəti Facebook 2017-ci ilin 4-cü rübündə mənfəət və gəlirinin artdığını bildirib.
Belə ki, Facebook-un xalis mənfəəti ötən ilin oktyabr-dekabr ayları ərzində 19.6% artımla 4.27 milyard dollar səviyyəsinə çatıb. Həmçinin ötən ilin eyni dövründə şirkət 3.57 milyard dollar gəlir əldə edib.
Şirkətin 2016-cı ilin 4-cü rübündə hissə başına mənfəəti 1.21 dollar olduğu halda, 2017-ci ilin 4-cü rübündə bu rəqəm 1.44 dollara yüksəlib.
Həmçinin şirkətin keçən ilin 4-cü rübündə gəliri 47.2% yüksələrək, 12.97 milyard dollara yüksəlib. Facebook-un reklamlardan əldə etdiyi gəlir də əsas mövzulardandır. Belə ki, şirkət 2017-ci ilin 4-cü rübündə reklamlardan əldə etdiyi gəliri 8.63 milyard dollardan 12.78 milyard dollara qədər yüksələrək, 48.1% artım göstərə bilib. Dördüncü rübdə reklam gəlirlərinin 89%-i mobil reklamlardan olub. 2016-cı ilin 4-cü rübündə isə bu rəqəm 84% idi.