Facebook`un qurucusu Mark Zukerberq şirkətin Kaliforniya ştatında yerləşən mərkəzini kiçik miqyaslı şəhərə çevirəcəklərini açıqlayıb.
Mark bu qərara Silikon vadisində yaşanan mənzil sıxıntısı səbəbilə gəlib. Onun açıqlamasına görə, 500 nəfərlik bu “mini şəhər”də mənzillərlə yanaşı, ofis və mağazalar da olacaq.
33 yaşlı sahibkarın sözlərinə görə, bu qərar işçilərinin daha rahat olması və daha az xərclə yaşaması üçün verilib.