Sosial şəbəkə istifadəçilərinin çoxalması ilə yanaşı burada yayılan yalan xəbərlərin sayı da günü-gündən artmaqdadır.
Artıq Facebook bu məsələnin qarşısını almaq üçün bir layihəyə start verir.
Almaniyada başlanacaq layihə çərçivəsində istifadəçi doğru olmadığı qənaətinə gəldiyi xəbərləri sadə bir prosedurla “Facebook”a bildirəcək. Tərəfsiz bir şuranın qiymətləndirməsindən sonra xəbərlərin yalan olduğu təsdiqlənərsə, onların paylaşılmasının qarşısı alınacaq.
Şəbəkənin idarəçiləri Facebook-da yayımlanan məlumatların reallığı əks etdirməsinin vacib olduğunu vurğulayıblar.