Azərbaycan Respublikası Mərkəzi Bankının Statistik Bülleteninə əsasən, 2017-ci ilin fevral ayının əvvəlində verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 12.28%, xarici valyuta ilə 8.90% , depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə manatla 6.19%, xarici valyuta ilə 4.40% təşkil edib.
Bu göstəricilər əsasında manatla faiz spredi 6,61%, xarici valyuta ilə 4,50%-dir.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayının əvvəlinə manatla faiz spredi 5,55%, xarici valyuta ilə 3,94% olub.